Qidalanma və Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzinin qida toksikologiyası laboratoriyasının rəhbəri Sergey Xotimçenko tövsiyə edib ki, konservləşdirilmiş qidalar alarkən etiketi diqqətlə öyrənin.
“Siz etiketi oxumağı bacarmalısınız. Məhsulun tərkibinə, ən əsası isə son istifadə tarixlərinə və saxlama şəraitinə diqqət yetirmək lazımdır. Bu parametrlər pozulursa, məhsulu satın ala bilməzsiniz. Konserv qutularında şişkinlik varsa, bu, həm də almaqdan imtina üçün birmənalı meyardır”, - o, “Arquments and Facts” saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, məhsulun maya dəyəri müəyyən edən amil deyil.
Xotimçenkonun izah etdiyi kimi, hər bir sənaye müəssisəsi təhlükəsizlik tələblərinə cavab verir və premium və ya ekonom seqmentdə fəaliyyət göstərən istənilən istehsalçı texnoloji proseslərə uyğundur.