Sadə inqrediyentlərlə hazırlanan, amma görünüşü və dadı ilə seçilən bu kabaçki ruletləri həm gündəlik, həm də qonaq süfrəsi üçün əla seçimdir. Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, bu yemək yüngül, zərif və eyni zamanda doyumlu olması ilə fərqlənir.
Nazik doğranmış kabaçki dilimləri vetçina və pendirlə birləşərək sobada bişirildikdə həm xırtıldayan, həm də yumşaq tekstura yaradır. Üzərinə əlavə olunan suxarı və pendir qarışığı isə yeməyə xüsusi ləzzət qatır və iştaha açan görünüş verir.
Lazım olan inqrediyentlər:
- 2 ədəd kabaçki
- 120 qram vetçina
- 100 qram provolone (və ya digər ərimə qabiliyyətli pendir)
- suxarı
- parmezan pendiri
- bitki yağı, duz, istiot
Hazırlanma qaydası:
- Kabaçkiləri nazik, uzun dilimlər şəklində doğrayın.
- Suxarı ilə rəndələnmiş parmezanı qarışdırın.
- Ayrı qabda yağa duz və istiot əlavə edin.
- Kabaçki dilimlərini əvvəl yağa, sonra suxarı qarışığına batırın.
- Hər dilimin üzərinə vetçina və pendir qoyun.
- Rulet formasında bükün və soba qabına düzün.
- 180 dərəcədə 20–30 dəqiqə bişirin.
Bu resept həm hazırlanma rahatlığı, həm də zərif dadı ilə mətbəxinizdə sevilən yeməklərdən birinə çevrilə bilər.






