Körpələrinizə marketlərdə satılan hazır sıyıqlar, tərəvəz püresi və digər qida məhsullarını verməyin.
Bu sözlərlə pediatr Vaqif Qarayev çıxış edib. Həkim bildirib ki, xüsusilə yay aylarında hər bir meyvəni tapmaq mümkün olduğuna görə valideynlər buna üstünlük versələr daha yaxşı olar:
“Gənc analar bilməlidir ki, körpələrinə ana südü əvəzinə süni qarışıqlar (smes) vermək xeyirli deyil. Körpə üçün ən ideal qida elə ana südüdür. Bundan başqa, marketlərdə satılan hazır sıyıqlar, tərəvəz püresi və digər qida məhsulları da məsəhət deyil. Birmənalı olaraq bildirirəm ki, belə hazır qidalar sağlamlığa ziyandır! Tibbi baxımdan məsləhət görülmür. Yaxşı olar ki, meyvə pürelərini, sıyıqları hər valideyn özü evdə hazırlasın. Axı indi hər bir meyvənin yetişən vaxtıdır”. (Axar.az)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı