Mango tropik meyvələrdən biri olub, zəngin dadı və sağlamlıq üçün çoxsaylı faydaları ilə məşhurdur. Tərkibində bol miqdarda C vitamini, A vitamini, folat, lif, antioksidantlar və beta-karotin var. 

Foodinfo.az xəbər verir ki, mango immun sistemini gücləndirir, dəri və göz sağlamlığını dəstəkləyir, həzmə kömək edir və ürək sağlamlığı üçün faydalıdır.

Bu meyvə həmçinin təbii şəkərlə zəngindir, buna görə enerjiverici təsir göstərir. 

Mangonun lif tərkibi həzmi tənzimləyir və qəbizliyin qarşısını alır. 

Dadlı olduğu üçün salatlarda, smuzilərdə və desertlərdə geniş istifadə olunur. 

Onun həm təzə, həm də qurudulmuş halda istehlakı populyardır.