Məşhur sarımsaq pəhrizinin öz ziyanları var. Foodinfo.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Andrey Bobrovski RİA FederalPress-ə bildirib. Onun sözlərinə görə, sarımsağın bir çox faydalı xüsusiyyətləri -antibakterial, antifungal, həmçinin antiviral mövcuddur. Bu məhsul ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və xolesterinin səviyyəsini azaldır. Ancaq arıqlamağınıza kömək etməsi mümkün deyil.

Sarımsaq pəhrizindən istifadə edərkən, məhsulu acqarına yemək tövsiyə olunur, lakin bu təhlükəlidir. Çünki belə qidalanma nəticəsində mədə-bağırsaq traktının selikli qişasının qıcıqlanması və ya hətta allergik reaksiya baş verə bilər.

Nurlan