İsti havada gündəlik yediyimiz meyvələrlə bağlı müxtəlif suallar meydana çıxır.
Dietoloq Günel Nuruşova Foodinfo.az-a açıqlamasında bu suallara aydınlıq gətrib.
O bildirib ki, meyvə gündəlik qidalanmağımız üçün bizi həm karbohidrat,həm də vitamin-mineralla təmin edən bir qida qrupudur.Hər hansı bir probleminiz yoxdusa bir meyvə yeyə bilərsiz.
Meyvə istifadəsi ilə son zamanlarda müxtəlif məlumatlar eşidirik.Xüsusilə diet proqramı saxlayanların meyvə yeməkdən imtina etmələri,idmanla məşğul olanların isə meyvə şəkərdir deyərək yemədiklərini görürəm.
Meyvə karbohidratdır,lakin təbii enerji dəyəri vardır.Meyvə şəkərikənardan aldığımız bəsit şəkər deyil,tərkibində lif,vitamin,mineral və antioksidant vardır.
Ən çox verilən suallardan biri hansı meyvə yeyilməlidir?
Hər bir meyvə yeyilə bilər,lakin porsiyasına fikir vermək lazımdır.
1 pors meyvə təxmini 60 kaloridir və 15 gr karbohidrat saxlayır.
Meyvə-tərəvəzlərin qabığı vacib lif mənbəyidir,soyduqda lifi azaltmış olursuz.
Kərim