Hər bir şeyi düzgün etməyinizə baxmayaraq niyə arıqlaya bilmirəm sualını özünüzə veririk.
Dietoloq Günel Nuruşova Foodinfo.az-a açıqlamasında bunun səbəblərini açıqlayıb.
Bu vəziyyət müxtəlif səbəblərdən ola bilər.Bəlkə özünüz səbəbi tapdınız.
Ən birincisi düşünməliyik ki,doğurdan da çəki verməliyikmi,artıq çəkiniz varmı.Əgər bədən kütlə indeksiniz və yağ səviyyəniz normal rəqəmlərdədisə və buna baxmayaraq çəki vermək istəyirsiniz işiniz bir qədər çətin olacaq.Sizin beyninizdəki "ideal çəki " normal çəkinizlə uyğun olmaya bilər.Burada daha ciddi diet və idman lazım olacaq.Tərəzidəki rəqəmlərə baxmaq yerinə özünüzə daha rahat yaxşı hiss edəcəyiniz məşğuliyyətlər tapın.
1.İdmanı bəhanə etməyin
Bu gün "idman etdim" bəhanəsiylə lazım olduğundan artıq yemək və ya içmək vəziyyətindəsinizsə səhv edirsiz."Bu gün idman etdim və bunu edə bilərəm " və ya "sabahkı idmanla bu kaloriləri yandıraram "diyərək idmanı yemək bəhanəsi olaraq istifadə etməyin.
2.Sadəcə idmana güvənməyin
Tək idmanla bunu bacara bilməyəcəksiniz.Tək idmanla kalori yandırmaq həm cox enerji və həm də zaman istər.Digər tərəfdən baxdıqda bir neçə dəqiqədə minlərlə kalori almaq çox asandı.Çəki verməyinizin ən yaxşı yolu yediklərinizə fikir verib,idmanla kalori yandırmaqdır.
3.Əgər sağlam qidalandığınızı düşünürsüzsə və bu vəziyyət sadəcə aldığınız kaloriləri hesablamaqdan ibarətdirsə bəzi nöqtələrdə səhv edirsiz.
Araşdırmalar insanların yedikləri kaloriləri olduğundan az qəbul etdiklərini göstərir.Yediklərinizin tərkibi də çox əhəmiyyətlidir.
Kərim