Camu camu son vaxtlar ən məşhur tropik meyvələr arasında böyük diqqət çəkir. 

 Foodinfo.az xəbər verir ki, Cənubi Amerikada yetişdirilən meyvələrdən biri olan camu camu C vitamini baxımından sitrus meyvələrini üstələyir. Camu camu çox turş meyvədir, tərkibindəki antioksidantlar, amin turşuları və minerallarla da çox faydalıdır. Bu səbəbdən birbaşa istehlak əvəzinə toz və ya kapsul şəklində istehlak edilir. 

Camu camu həm də iltihab əleyhinə xüsusiyyətlərə malik olduğundan alternativ təbabətdə geniş istifadə olunan bitkilərdən biridir. Oynaq ağrıları və iltihabına qarşı çox faydalıdır.

Bu meyvə C vitamini ilə zəngin olduğundan immunitet sistemini gücləndirməyə və dəri problemlərini aradan qaldırmağa qadirdir.

İmmunitet sistemini gücləndirmək istəyənlər bu meyvəni seçə bilərlər.

Eyni zamanda dəri sağlamlığı baxımından dəri problemlərinin aradan qaldırılmasında təsirli olan Camu camu kollagen istehsalını da artırır.

Ondan istifadə edən insanların saç və dırnaq sağlamlığını yaxşılaşdırdığı bilinən bu bitki həm də orqanizmi infeksiyalara qarşı qoruyur. 

Camu camu meyvəsi damar sağlamlığı üçün də əhəmiyyətli bir bitkidir. Xüsusilə ürək sağlamlığını qorumaq üçün faydalı olduğu bilinən bu tropik meyvə oynaq ağrılarının aradan qaldırılmasında da çox faydalıdır. 

Qan şəkəri səviyyəsinə də tarazlaşdırıcı təsir göstərən Camu camu diabet riskini də azaldır.