Azərbaycanda süd istehsalı artsa da pendir və kərə yağı istehsalı azalıb.
Foodinfo.az Dövlət Statistika Komitəsinin (DSK) hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar- iyun aylarında 455,3 min ton üzlü süd istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8% çoxdur.
Pendir və kəsmik istehsalı 2,8% azalaraq 25 058,9 ton, kərə yağı istehsalı 9,4% azalaraq 11 731,6 ton təşkil edib.
Qaymaq və xama istehsalı isə 0,2% artaraq 2 376,1 ton təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında süd istehsalı 1,3 faiz artaraq 1 milyon 16,8 min ton təşkil edib.