Pomidor və xiyar tez-tez birlikdə istehlak edilən tərəvəzlərdir və bir çox yeməklərin əvəzedilməz tərkib hissəsidir. Ancaq bu iki tərəvəzi birlikdə istehlak etmək bəzi sağlamlıq riskləri yarada bilər.
Foodinfo.az-ın məlumatına görə, pomidor-xiyar birlikdə yeyildikdə həzm problemi yarada bilər. Çünki pomidorun turşulu olması xiyarın həzm fermentlərinə təsir edərək həzmi çətinləşdirir. Bu, həzmsizlik və mədə narahatlığına səbəb ola bilər. Bundan əlavə, pomidor və xiyar birlikdə istehlak edildikdə bədəndə qaz əmələ gəlməsinə səbəb ola bilər.
Bu səbəblərə görə eyni yeməkdə pomidor və xiyar istehlak etməkdən çəkinmək lazımdır. Bu iki tərəvəzi də yemək istəyirsinizsə, aralarında ən az 1-2 saat vaxt saxlamanız yetərlidir. Bu, həzm sisteminiz üçün daha sağlam addım olar.
Bəs ac qarına yeyilməməsi lazım olan qidalar hansılardır?
1. Acı bibər: Ac qarına istehlak edildikdə mədə narahatlığına səbəb olar və həzm sisteminə mənfi təsir göstərə bilər.
2. Çox yağlı qidalar: Ac qarına istehlak edilən çox yağlı qidalar mədə yanması və həzmsizlik kimi problemlərə səbəb ola bilər.
3. Soğan və sarımsaq: Ac qarına yeyildikdə həzm pozğunluğuna gətirib çıxarar.
Bu qidaları acqarına istehlak etmək həzm sisteminə mənfi təsir göstərə biləcəyi üçün mümkünsə tox mədədə istehlak edilməsi tövsiyə olunur. Həzm sisteminin sağlamlığını qorumaq üçün balanslı və müntəzəm qidalanmaya diqqət yetirmək vacibdir.