Professor Vadim Pokrovski, son zamanlar aparılan genişmiqyaslı tədqiqatların nəticələrinə əsaslanaraq, bitki əsaslı pəhrizin xərçəng riskini azaldığını bildirib. Foodinfo.az Aif.ru-ya istinadən xəbər verir ki, bu tədqiqatda 976 min insanın iştirak edib və bitki qidalarının xərçəngin riskini necə azaldığı ilə bağlı vacib nəticələr əldə edilib.
Pokrovski, vegetarianlığın xərçəngin qarşısını almaq üçün tövsiyə oluna biləcəyini, amma müalicə kimi görülməməsi lazım olduğunu vurğulayıb. Tədqiqatlar nəticəsində üç növ xərçəngin – prostat, döş və kolon xərçənglərinin – bitki əsaslı pəhriz ilə daha az risklə əlaqəli olduğu məlum olub. Bu tədqiqatlar, sağlam pəhrizin xərçəngin qarşısının alınmasında mühüm rol oynadığını göstərir, lakin yalnız bitki qidaları ilə yaşamağın təkbaşına xərçəngi müalicə etməyəcəyini unutmamaq lazımdır.