
Ailə psixoloqu Sofiya Sulim bildirib ki, həddindən artıq yemək çox zaman aclıq hissi ilə deyil, daxili emosional boşluq və çətinliklərlə bağlı olur. Foodinfo.az bildirir ki, ekspert bu barədə RT-yə danışıb.
Onun sözlərinə görə, bu vərdişin əsas səbəblərindən biri uşaqlıqda yaranan aşağılıq kompleksi ola bilər. Valideynlər tərəfindən tez-tez tənqid olunan, yuxarı çəkilən uşaqların özlərinə qarşı inamsızlığı böyüdükcə emosional təsəlli üçün qidaya yönəlməsinə gətirib çıxarır.
Psixoloq qeyd edib ki, bir çox insanlar üçün yemək stresin aradan qaldırılması və ya qısa müddətli rahatlıq hissi əldə etmək vasitəsinə çevrilir.
O, insanlara yemək istəyinin hansı anlarda yarandığını müşahidə etməyi məsləhət görüb. Bu isə davranışın emosional səbəblərini anlamağa kömək edə bilər.
Sulim əlavə edib ki, insan yeməyə üz tutduğu anlarda “Həyatımda nə çatışmır ki, bunu yeməklə əvəzləyirəm?” sualını özünə verməlidir.
Mütəxəssis hesab edir ki, bu üsul emosional aclığın və həddindən artıq yeməyin qarşısını almaqda təsirli ola bilər.