
Həkim və dietoloq-endokrinoloq Anton Polyakov yatmazdan əvvəl kefir içməyin sağlam seçim ola biləcəyini bildirib. Foodinfo.az bildirir ki, mütəxəssis bu içkinin tərkibindəki faydalı mikrofloranın həzmi stimullaşdırdığını vurğulayıb.
O, aif.ru-ya açıqlamasında qeyd edib ki, kefir immun sistemini gücləndirir və orqanizmdə iltihabı azaldan qısa zəncirli yağ turşuları ilə zəngindir. Polyakovun sözlərinə görə, bu maddələr zərərli mikroorqanizmlərin artmasının qarşısını alır və bağırsaq mikroflorasının balansını qoruyur.
Mütəxəssis əlavə edib ki, kefir, xüsusilə gecə saatlarında, şirniyyat və ya kolbasa kimi ağır və zərərli qidalardan daha yaxşı seçimdir. Həzm sistemini yormayan bu içki, yuxudan əvvəl orqanizm üçün faydalı maddələrlə zəngindir.
O, qeyd edib ki, kefirin mütəmadi istifadəsi bağırsaq fəaliyyətini tənzimləyir və immuniteti möhkəmləndirir.