Beynəlxalq Qida Standartları Agentliyi (FSA) riskli qida təhlükəsizliyi ilə bağlı yeni araşdırmanın nəticələrini təqdim edib. Foodinfo.az xəbər verir ki, layihə çərçivəsində insanların mətbəxdə qida təhlükəsizliyinə hansı formada əməl etdikləri araşdırılıb. Bunun üçün razılıq əsasında evlərin mətbəxinə kameralar yerləşdirilib. Eyni sorğular və müsahibələr aparılıb.

Məlum olub ki, qidaların istifadə müddəti bitmiş istifadəsi, düzgün qızdırılmaması və yanlış temperaturda saxlanması ilə bağlı boşluqlar mövcuddur.  

Eyni zamanda mtbəxdə gigiyena qaydalarına riayət edilməməsi, fərqli qidalara yuyulmadan eyni bıçağın istifadə olunması, qidaların uzun müddət soyuducudan kənarda saxlanması kimi hallar müşahidə olunub.

Bütün bunlar isə insanlarda qida təhlükəsizliyi sahəsində aşağı bilgilərin olmasını sübut edir.

Nurlan