Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin rəhbəri təyin olunan Mansur Piriyev ona göstərilən dəstəyə və təbrikə görə öz təşəkkürünü bildirib.
Foodinfo.az xəbər verir ki, M.Piriyev bu baradə bildirib ki, qarşımızda qoyulan əsas vəzifə qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, dövlət siyasətini və tənzimləməsini həyata keçirməkdir:
"Bugünədək birgə çalışdığım “BakuBus” MMC və Bakı Nəqliyyat Agentliyindəki dostlara, iş yoldaşlarıma, həmkarlarıma hər şey üçün dərin təşəkkürlərimi bildirirəm. İndiyədək çalışdığım təşkilatlatlarda olduğu kimi, bundan sonra da Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin rəhbəri kimi mediyaya açıq olacağıma tam əmin ola bilərsiz. İnanıram ki, qida təhlükəsizliyi sahəsində ictimaiyyətin obyektiv, operativ və sistemli şəkildə məlumatlandırılmasında fəal iştirak edəcək, uğurlarımıza dəstək olacaqsınız.
Bir daha hər birinizə dərin təşəkkürlərimi bildirirəm", dəyə M.Piriyev bildirib.