Türkiyənin İstanbul şəhərində iftar zamanı restoranlardan birinin ortası çöküb.
Foodinfo.az Teleqraf.com-a istinadla xəbər verir ki, orucunu açanlar çökmə nəticəsində yaranmış çalaya düşüblər.
Çalaya düşən şəxslər restoran işçiləri tərəfindən çıxarılıb. Cahangir məhəlləsində baş verən hadisə zamanı bir nəfər yaralanıb.