Superqidalar tərkibində çoxlu miqdarda vitamin, mineral və digər faydalı maddələr olan qida məhsullarıdır.
Foodinfo.az xəbər verir ki, diyetoloq Kseniya Çyornayanın fikrincə, əsas superqidalar avokado, ispanaq, dəniz yosunu, nar, qaragilə, brokoli, mal əti, yabanı qızılbalıq, badam, kokos və zeytun yağları, yaşıl çaydır.
Lakin bu siyahını davam etdirmək də olar:
1. Rafinə olunmamış kətan toxumu yağı ürək və beyin üçün faydalı olan omeqa-3 yağ turşularının əla mənbəyidir.
2. Çiyələk, moruq, albalı, qaragilə, tut, qırmızı və qara qarağat kimi qara və qırmızı giləmeyvələrin tərkibində zərərli sərbəst radikallarla mübarizə aparan antioksidanlar var.
3. Müxtəlif rəngli tərəvəz və meyvələr, xüsusən də işıqfor qaydasına uyğun olanlarda (qırmızı, sarı, yaşıl) - yarpaqlı tərəvəzlər, xiyar, pomidor və rəngli bibərlərdə böyük miqdarda vitamin və minerallar var.
4. Tam taxıllar liflə zəngindir və həzmi yaxşılaşdırmağa kömək edə bilər.
Superqidalarda qidalandırıcı maddələr daha çoxdur. Onlar immuniteti gücləndirməyə, xroniki xəstəliklərin inkişaf riskini azaltmağa, ürək-damar və beyin funksiyalarını yaxşılaşdırmağa, eləcə də arıqlamağa kömək edə bilər.