Şotlandiya və Alman genetikləri və bioloqları araşdırma aparıblar ki, ət həvəskarları bu məhsulu normada istehlak edən və ya heç yeməyənlərə nisbətən daha tez qocalır.
Bir milyondan çox insanın sağlamlığının təhlili, pəhrizdə yüksək miqdarda ətin qanda dəmir və trimetilamin N-oksidin səviyyəsini həddindən artıq artırdığını göstərib. Bu da öz növbəsində orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olur. Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.