Tənhalıq insanda şirniyyata meyillilik yaradır. Foodinfo.az xəbər verir ki, bu qənaətə Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri gəliblər.
Onların araşdırmalarına əsasən, tənha insanların beyninin şirniyyat istəyinə cavabdeh olan müəyyən nahiyələrində aktivlik yaranır.
Tənhalıq həmçinin insanda özünü idarə etmə qabiliyyətini azaldır.
Daha öncə alimlər xəbərdarlıq ediblər ki, şəkər bağırsaq problemləri də yaradır. Bundan əlavə, şirniyyat eşqi artıq çəkiyə və nəticədə onkologiyaya səbəb ola bilər.