Dəmir bədən sağlamlığı üçün vacib mineraldır və adətən ət istehlakı ilə əldə edilir. Hamımız bilirik ki, bədənimizi dəmirlə təmin etmək üçün ət istehlak etməliyik. Ancaq ət yeyə bilməyənlər üçün dəmir qəbulu narahatlıq yarada bilər. Xoşbəxtlikdən qırmızı ətdən başqa tərkibində dəmir olan başqa qidalar da var.
Foodinfo.az xəbər verir ki, lobya, noxud, mərcimək kimi paxlalılar, quru meyvələr, balqabaq tumu, yerfıstığı, tofu və tam taxıl məhsulları da dəmirlə zəngindir. Dəmirin orqanizmdə udulmasını artırmaq üçün onu tərkibində C vitamini olan qidalarla birlikdə istifadə etmək tövsiyə olunur. Buna görə də dəmir tərkibli qidaları limon və portağal kimi C vitamini qaynaqları ilə birlikdə istehlak etmək faydalı olardı.
İspanaq yaxşı dəmir qidasıdır. O, müəyyən miqdarda protein və lif, eləcə də sağlam dozada kalsium, kalium, folat, həmçinin A, C və K vitaminləri ehtiva edir.