İyulun 4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki mağazaların birindən 974 manat və 7100 ABŞ dolları oğurluq olub. Foodinfo.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zabil Səmədov saxlanılıb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.