Laktadherin zülalını ürəyin qocalmasının göstəricisi kimi müəyyən edilib.
Bundan əlavə, məlum olub ki, laktadherin də yaşlanma ilə bağlı, xüsusən də ürək-damar xəstəliklərində mühüm siqnal yollarında və iltihabi proseslərdə iştirak edir. Bunu beynəlxalq tədqiqat qrupu müəyyən edib.
“Cebhe.info” xəbər verir ki, araşdırmanın nəticələri “Molecular & Cellular Proteomics” jurnalında dərc olunub.
Tədqiqat siçanlar və insanlarda ürək əzələ toxumasında baş verən dəyişikliklərə diqqət yetirib. Alimlər həm normal qocalma prosesini, həm də xəstəliklər səbəbiylə sürətlənmiş qocalmanı tədqiq ediblər. Onlar ürək toxumasının müəyyən hissələrinin, xüsusilə hüceyrədənkənar matrisin (ECM) normal qocalma prosesində dəyişikliklərə məruz qaldığını aşkarlayıblar.
Arşadırma komandası bu strukturdakı dəyişikliklərin eyni vaxtda həmin bölgədəki zülalların miqdarına təsir etdiyini üzə çıxarıb. Xüsusilə, laktadherin proteini bir marker kimi müəyyən edilib. Siçanlarda və insanlarda həm normal, həm də sürətlənmiş qocalma zamanı artan miqdarda istehsal olunur. Laktadherin əsasən süddə olur, burada antiviral protein kimi çıxış edir. Bununla belə, laktadherin yumurtanın mayalanması kimi prosesləri də təşviq edir və qan damarlarının böyüməsində iştirakçıdır.
Tədqiqatçılar ürək damarlarında laktaderin səviyyəsinin artmasının xüsusi "yaşlanma" siqnal yollarının aktivləşdirilməsi və hüceyrələrdə iltihab əleyhinə reaksiya ilə əlaqəli olduğunu aşkar ediblər.