Kardioloq German Qandelman “Sağlam yaşa!” verilişinin efirində infarkt və insultdan qoruyan məhsulun adını çəkib. Foodinfo.az xəbər verir ki, həkim bildirib ki, qida rasionunda kələmin olması infarkt və insultların qarşısını almaq üçün lazımdır.

Həkim vurğulayıb ki, kələm yemək qan damarlarını qoruyan “yaxşı” xolesterinin səviyyəsini artırır, həmçinin “pis” xolesterinin səviyyəsini azaldır.