Vyetnamın paytaxtı Hanoyda koronaburgerlər satışa çıxarılıb. Foodinfo.az-ın Trend-ə məlumatına görə, Hoanq Tunq adlı aşpaz müştərilərin diqqətini cəlb etmək üçün üzərində koronavirusa bənzər çıxıntıları olan burgerlər hazırlayıb. Satışın ilk günündə 50-yə yaxın koronaburger satılıb. Qeyd edək ki, bu günədək Vyetnamda 148 nəfər koronavirusa yoluxub.