
Dietoloq və tibb elmləri namizədi Daria Rusakova bildirib ki, yağlı balıq yemək yaşlı insanlarda sınıq riskini azaltmağa kömək edir. Foodinfo.az xəbər verir ki, “Moskva 24” saytına müsahibə verən ekspert qeyd edib ki, sümük toxumasının normal işləməsi üçün kalsium, D və K vitaminləri olan qidalardan istifadə etmək lazımdır.
Mütəxəssisin sözlərinə görə, kalsium və D vitamini qızılbalıq, sardina, skumbriya, K vitamini isə ispanaq, brokoli və kələmdə zəngindir.
"Lakin pəhrizin balanslı olması və həkim tərəfindən fərdi olaraq seçilməsi vacibdir" deyə dietoloq əlavə edib.