Paxla həm dadlı, həm də qidalandırıcı bir məhsuldur. Zülal, lif, vitamin və minerallarla zəngin olan paxla, xüsusilə vegeterian və sağlam qidalanmağa üstünlük verən insanlar üçün əvəzolunmazdır.

Foodinfo.az xəbər verir ki, paxla fol turşusu və B vitaminləri ilə zəngindir. Bu maddələr sinir sisteminin normal işləməsini dəstəkləyir və yaddaşı gücləndirir.

Heyvani məhsul istifadə etməyənlər üçün paxla bitki mənşəli zülalın əla mənbəyidir. Bu da əzələ qurulmasına və bədənin gücünü qorumağa kömək edir.

Tərkibindəki lif və kalium sayəsində paxla xolesterolu tənzimləyir, yüksək təzyiqin qarşısını alır və ürək-damar sağlamlığına müsbət təsir göstərir.

Paxla həll olunan və həll olunmayan liflərlə zəngin olduğu üçün bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyin qarşısını alır.

Yüksək lif və zülal tərkibi sayəsində paxla uzun müddət toxluq hissi yaradır, bu da daha az kalori qəbul etməyə şərait yaradır.

Paxla maqnezium, kalsium və fosforla zəngindir. Bu minerallar sümüklərin möhkəmlənməsinə və sümük əriməsinin qarşısını almağa kömək edir.