
Qədimdən bəri sağlamlıq üçün faydalı hesab edilən badam, xüsusilə isladılmış halda daha da təsirli olur. Mütəxəssislər hər səhər acqarına 5 ədəd isladılmış badam yeməyin beyin fəaliyyətindən dəriyə qədər bir çox sahədə fayda verdiyini bildirirlər.
Foodinfo.az xəbər verir ki, badam E vitamini və omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr beyin hüceyrələrinin fəaliyyətini dəstəkləyir, yaddaşı gücləndirir və konsentrasiyanı artırır.
Badam təbii enerji qaynağıdır. Günə başlamazdan əvvəl 5 ədəd badam yemək sizin gün boyu enerjili qalmanıza kömək edir və qəfil enerji düşməsinin qarşısını alır.
Isladılmış badam xolesterol səviyyəsini tənzimləməyə kömək edir. Düzgün istifadə olunduqda ürək-damar sistemini qoruyur, damarların elastikliyini artırır.
Gecədən suda isladılmış badam daha asan həzm olunur. Bu həm qəbizliyin qarşısını alır, həm də bağırsaq fəaliyyətini tənzimləyir. Liflə zəngin olması səbəbilə uzun müddət toxluq hissi verir.
Antioksidantlar və E vitamini sayəsində isladılmış badam dəriyə parlaqlıq verir, qırışların qarşısını alır, saçların tökülməsini azaldır və uzanmasını dəstəkləyir.
Badamı gecədən 6-8 saat suda saxlayıb səhər qabığını soyaraq yemək tövsiyə olunur. Bu zaman fitin turşusu azalır, vitamin və minerallar daha asan mənimsənilir.
Hər səhər 5 isladılmış badam yemək sadə, amma çox güclü bir sağlamlıq vərdişidir. Nizamlı şəkildə istifadə olunduqda həm bədən, həm də zehn sağlamlığınıza müsbət təsir göstərir.