Yay aylarında sərinləmək üçün çoxları buzlu suya üstünlük verir. Foodinfo.az xəbər verir ki, bu vərdiş ilk baxışdan rahatlıq versə də, sağlamlıq üçün gözlənilməz risklər daşıyır. Soyuq su orqanizmə daxil olduqda damarların ani şəkildə daralmasına səbəb olur. Bu isə qan dövranında müvəqqəti pozuntu və başgicəllənmə ilə nəticələnə bilər.

Həddindən artıq soyuq su həzm prosesini ləngidir və qida maddələrinin mənimsənilməsini çətinləşdirir. Mədə divarlarına təsir edərək qıcqırma, köp və digər narahatlıqlara yol aça bilər. Xüsusilə idmandan sonra buzlu su içmək əzələlərdə spazma və ürək ritmində pozuntuya səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, bədənin temperaturuna uyğun su qəbulu həm həzmi asanlaşdırır, həm də orqanizmin stressə düşməsinin qarşısını alır. Uşaqlar və yaşlılar üçün bu risk daha da artır. Bəzi hallarda buzlu su tənəffüs yollarında daralma yaradaraq nəfəs almaqda çətinlik yarada bilər. Eyni zamanda, bu vərdiş immun sisteminin zəifləməsinə də səbəb ola bilər.

Təbii su temperaturunda içmək isə orqanizmi balansda saxlayır və uzunmüddətli sağlamlıq üçün daha uyğundur.