Sağlam qidalanma deyildikdə ağla ilk gələn içkilərdən biri də smuzilərdir. Meyvə, tərəvəz, süd, qatıq və toxumlardan hazırlanaraq həm enerji verir, həm də orqanizm üçün faydalı vitamin-minerallarla zəngin olur. Lakin bəzi hallarda smuzilər qan şəkərinin qəfil yüksəlməsinə səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, smuzilərdə əsas komponent kimi meyvələrdən istifadə olunur. Banam, üzüm, mango kimi meyvələr təbii şəkərlə – fruktoza ilə zəngindir. Bu meyvələr çox miqdarda istifadə edildikdə smuzidə şəkər yığımı artar və qan şəkərində sürətli artım müşahidə oluna bilər.

Bəzən dadı daha xoş olsun deyə smuziyə bal, şəkər siropu, ağcaqayın siropu və ya şəkər tozu əlavə olunur. Bu isə smuzinin qidalanma dəyərini azaldır, şəkər yükünü artırır və diyabet riski olan şəxslər üçün təhlükə yaradır.

Smuzinin tərkibində protein və lif azdırsa, bu, şəkərin daha sürətli sorulmasına səbəb olur. Halbuki, qatıq, süd, yulaf, çia toxumu kimi əlavələr smuzinin qlisemik indeksini azaldaraq qan şəkərinin daha stabil qalmasına kömək edə bilər.  

Bu içkiləri səhərlər və ya məşqdən sonra içmək daha uyğundur. Gün ərzində böyük stəkanlarla və tez-tez içmək isə bədəndə enerji və şəkər balansını poza bilər.

Smuzilər doğru tərkib və ölçüdə hazırlandıqda qan şəkərinə mənfi təsir göstərməz. Ancaq tərkibində çoxlu meyvə, az protein və əlavə şəkər varsa, qan şəkərini yüksəltmə ehtimalı yüksəkdir. Xüsusilə şəkərli diabet xəstələri smuzini lifli, şəkərsiz və proteinlə zəngin formada hazırlamalıdır.