Yaponlar tərəfindən çox istehlak edilən və güclü yaddaşının bir nömrəli səbəbi olan kişmişin faydaları saysız-hesabsızdır.
Kişmiş yüksək qida dəyərinə və sağlamlığa bir çox müsbət təsirinə görə əhəmiyyətli bir qidadır. Ümumiyyətlə Asiya ölkələrində, xüsusən Yaponiyada çox istehlak olunur.
Foodinfo.az mütəxəssislərin gündə ən az 1 ovuc yeyildikdə yaddaşı gücləndirdiyini söyləyən kişmişin möcüzəvi faydalarını təqdim edir:
İmmunitet sisteminin gücləndirilməsi: Müntəzəm olaraq istehlak edildikdə kişmiş orqanizmi toksinlərdən təmizləyərək immunitet sistemini gücləndirir. Xüsusilə qış aylarında tənəffüs xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
Yaddaş problemlərini aradan qaldırılması:
Kişmiş unutqanlıq problemi olanlara müsbət təsir göstərir. Yaddaşı gücləndirmək və unutqanlığı azaltmaq üçün mütəmadi olaraq istehlak edilməsi tövsiyə olunur.
Xərçəngin yayılma qarşısını alması:
Üzümün tərkibində olan antioksidantlar orqanizmi toksinlərdən təmizləyərək xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Zərərli vərdişləri olan insanlara xüsusilə antioksidantlarla zəngin qidalardan istifadə etmək tövsiyə olunur.
Dəmir əskikliyini aradan qaldırması:
Bu giləmeyvə dəmirlə zəngindir və orqanizmdəki dəmir çatışmazlığını qarşılamaqda təsirlidir. Dəmir çatışmazlığı olan insanlara gündə 1-2 ovuc kişmiş istehlak etmələri tövsiyə olunur.
Qanazlığına xeyirli olması:
Üzümdə olan dəmir, mis və B vitamini qan əmələ gəlməsinə kömək edən vitamin və minerallardır. Buna görə də anemiya xəstələrinə müntəzəm olaraq istehlak etməlidirlər.
Həzm sistemini tənzimlənməsi:
Tərkibindəki liflər sayəsində kişmiş həzm sistemini tənzimləyir və uzun müddət toxluq hissi yaradır. Arıqlamaq istəyənlərə qəlyanaltı kimi yemək tövsiyə olunur.
Enerji verməsi:
Səhərlər istehlak edildikdə kişmiş enerji verir və gün ərzində fit qalmağınıza kömək edir. Sizi uzun müddət tox tutma qabiliyyəti sayəsində pəhriz saxlayanlar üçün də ideal qəlyanaltıdır.
Dəri sağlamlığını qoruması:
Bədəndən toksinləri çıxararaq dəri sağlamlığına müsbət təsir edən kişmiş yayda dərini günəşin zərərli şüalarından qoruma xüsusiyyətinə malikdir. Sızanaq və dəri problemlərini azaldır.