Aimlərin araşdırması nəticəsində məlum olub ki, yaşlı insanlar üçün ən faydalı içki süddür.
Foodinfo.az xəbər verir ki, məhsulun müntəzəm istifadəsi beyni aktivləşdirir, idrak funksiyasını yaxşılaşdırır və qocalma prosesini ləngidir.
60 yaşlı insanlar arasında aparılan araşdırmanınn nəticələrinə görə, hər gün süd içənlərin beyin fəaliyyəti daha yüksəkdir.
Alimlər müəyyən ediblər ki, süddən bağırsaq bakteriyalarının təsiri altında qlutation əmələ gəlir, bu maddə yaşla bağlı dəyişiklikləri ləngidir və beyin xəstəliklərinin qarşısını alır.
Bundan başqa, süd tərkibindəki kalsium, D vitamini, fosfor və zülal sayəsində diş, sümük, dırnaq və saçları gücləndirir. Məhsul həmçinin orqanizmdəki iltihabi prosesləri azalda bilər.
Süd tərkibindəki zülal sayəsində çəki artımına səbəb olmadan toxluq hissi verir. Gündəlik qida rasionunuza süd daxil etsəniz, əzələ kütləsini itirmədən yağları daha sürətli yandıra bilərsiniz.
Süd kalium sayəsində insult riskini azalda, qan təzyiqini normallaşdıra və qan damarlarının elastikliyini yaxşılaşdıra bilər. Bu məhsul tərkibindəki B, A vitaminləri, riboflavin, amin turşusu sayəsində immuniteti və sinir sistemini gücləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır.
Həkimlər sakitləşmək və daha tez yuxuya getmək üçün yatmazdan əvvəl bir stəkan süd içməyi məsləhət görürlər.
Leyla