İsti havaların gətirdiyi sağlamlıq risklərini minimuma endirmək və ümumi sağlamlığınızı qorumaq üçün yay aylarında müəyyən qidalardan uzaq durmaq vacibdir. Xüsusilə havanın temperaturu artdıqca toyuq və yumurta kimi qidalardan zəhərlənmə ehtimalı da artır. Məhz bu səbəbdən mədənizi yormamaq və qida zəhərlənməsi riskini azaltmaq üçün müəyyən qidalardan uzaq durmalısınız.

Foodinfo.az yayda uzaq durulması lazım qidaları təqdim edir:

1. Yağlı və qızardılmış yeməklər 

Ağır və yağlı qidalar həzmi çətinləşdirə və mədə narahatlığına gətirib çıxara bilər. Yağlı qidalar orqanizmin daha çox istilik əmələ gəlməsinə səbəb olur ki, bu da sizin daha çox tərləməyinizə və isti havalarda özünüzü narahat hiss etməyinizə səbəb olur. 

2. Şəkərli qidalar və içkilər 

Şəkərli qida və içkilər suyun bədəndən daha tez xaric olmasına səbəb olur ki, bu da susuzlaşdırma riskini artırır. Şəkərli qidalar sürətli enerji artımını təmin edir, lakin ardınca ani enerji azalması gəlir. 

3. Alkoqol

Alkoqol orqanizmdə su itkisinə səbəb olur ki, bu da isti havalarda susuzlaşma riskini artırır. Bədənin susuzlaşmasına görə də zəiflik və baş ağrıları ilə qarşılaşırsınız. Alkoqol bədənin istiyə qarşı dözümlülüyünü azaldır.

4. Həddindən artıq duzlu qidalar

Həddindən artıq duz istehlakı isti havalarda təzyiqi artıra və ürək sağlamlığına mənfi təsir göstərə bilər. 

5. Tez xarab olan qidalar

Mayonez kimi qidalar isti havalarda tez xarab olur və qida zəhərlənməsinə gətirib çıxarır. Yay piknikləri və ya açıq hava tədbirləri zamanı bu növ qidalardan qaçınmaq lazımdır. Bundan əlavə, toyuq, ət, süd məhsulları, yumurta kimi tez xarab olan qidalar açıq havada saxlanmamalıdır. Çünki isti hava bakteriyaların sürətlə çoxalmasına səbəb olur.

6. Kofeinli İçkilər

Kofein sidikqovucu təsirə malikdir və buna görə orqanizm daha çox su itirir. Həmçinin kofein qəbulu isti havalarda yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər ki, bu da ümumi sağlamlığınıza və gündəlik enerjinizi təsir edə bilər.

7. Ədviyyatlı yeməklər 

Acılı qidalar bədən istiliyinizi artıra və isti havalarda narahatlıq yarada bilər. Belə qidalar mədə yanması və həzm problemlərinə səbəb ola bilər. Xüsusilə reflü, qastrit kimi mədə problemi olan insanlar ədviyyatlı qidalardan uzaq durmalıdırlar.

Yay aylarında belə qidalardan uzaq durmaqla sağlamlığınızı qoruya və isti havalarda özünüzü daha rahat hiss edə bilərsiniz. Bunun əvəzinə daha yüngül, qidalı və təravətləndirici qidalar seçmək lazımdır. Bol su içmək, təzə meyvə və tərəvəzlərdən istifadə etmək və yağsız protein mənbələrinə arxalanmaq yay aylarında sağlam qalmağın açarıdır.