“Delta Qrup C.O.” MMC öz portfelini genişləndirərək yeni ODAD brendinin makaronlarını bazara çıxarıb
Şirkətdən Foodinfo.az-a daxil olan məlumata görə, ODAD brendi adı altında ilkin olaraq müxtəlif çeşidlərdə makaron istehsalı başlayıb. Gələcəkdə isə bu brend adı altında dənli bitkilər, paxlalı bitkilər, un və s. məhsulların istehsalına olunacaq.
Qeyd edək ki, müasir bir dizayn ilə hazırlanan “ODAD” markası boyasız və əlavəsiz yumşaq şüşəvari buğda irmiyi və əla növ unundan hazırlanan çeşidli makaronlarını sizlərə təqdim edir.
Hal hazırda ODAD markası adı altında 500 qr və 5 kq olmaqla 9 müxtəlif çeşidli makaronlar istehsal edilir:
• ODAD Vermişel Makaron
• ODAD Burğu Makaron
• ODAD Qələmkəsmə Makaron
• ODAD Boruvari Makaron
• ODAD Balıqqulağı Makaron
• ODAD Çelentano Makaron
• ODAD Dəvəboynu Makaron
• ODAD Pipik Makaron
• ODAD Spagetti Makaron
Foodinfo.az