Qidalanma yuxunun keyfiyyətinə böyük təsir göstərir. Foodinfo.az xəbər verir ki, Miçiqan Universitetinin epidemioloq-dietoloqu Erica Jansen hansı qidaların gecə istirahətini yaxşılaşdırdığını və hansının yuxusuzluğa səbəb olduğunu izah edib.

Araşdırmalar göstərir ki, yağlı balıq, süd məhsulları, kivi, albalı, çiyələk və qaragilə istehlakı yuxuya müsbət təsir edir. Onlar bədəni beyində yuxu-oyanma dövrlərinin mühüm modulyatoru olan melatoninlə təmin edirlər.

Liflə zəngin qidalar (məsələn, lobya və yulaf ezmesi) və bəzi protein mənbələri, xüsusən triptofan amin turşusunda yüksək olanlar (məsələn, quş əti) daha yaxşı yuxuya kömək edir. Fərdi qida maddələri arasında maqnezium, D vitamini, dəmir, omeqa-3 yağ turşuları və manqan da yuxuya müsbət təsir göstərir.

Nurlan