Qatıq və zirə qarışığının sağlamlığa çox faydası var. Zirə tərkibindəki aktiv maddələr sayəsində həzm sisteminə müsbət təsir göstərir. 

Foodinfo.az bu qarışığın bəzi faydalarını təqdim edir:

1. Şişkinliyin qarşısını alır və bağırsağı tarazlaşdırır: 

Zirə və qatıq qarışığı həzm sisteminin sağlam işləməsini dəstəkləyir, mümkün şişkinliklərin qarşısını alır və bağırsaq florasını tarazlaşdırır. Bu yolla asan defekasiyaya nail olmaq olur. 

2. İnsulin müqavimətini artırır və qlükoza səviyyəsini aşağı salır: 

Zirə tərkibindəki xüsusi komponentlər sayəsində insulin müqavimətini artıraraq qlükoza səviyyəsini azaltmağa kömək edir. Bu səbəbdən diabet xəstələrinin asanlıqla istehlak edə biləcəyi bir qarışıqdır. 

3. Qan təzyiqini tarazlaşdırır: 

Zirə və qatıq qarışığının müntəzəm istifadəsi qan təzyiqini tarazlaşdıraraq yüksək təzyiq riskini azaldır. Bu da ürək-damar sağlamlığına müsbət təsir göstərir. 

Bu qarışımdan faydalanmaq üçün qatıq və zirə qarışığının mütəmadi olaraq istehlak edilməsi tövsiyə edilir.