Beyində degenerativ proseslərlə əlaqəli xəstəliklərin inkişafını xüsusi pəhrizin köməyi ilə yavaşlatmaq olar. Həkimlər antioksidantlarla zəngin qidaların tərəfdarıdırlar. Bu, bədəndə sərbəst radikalların yaratdığı oksidləşdirici proseslərlə mübarizə aparan maddələrdir.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Darya Rusakova danışıb.
O vurğulayıb ki, antioksidantlar oksidləşdirici stresslə mübarizə üçün geniş istifadə olunur, ona görə də onların qida rasionuna daxil edilməsi xüsusilə vacibdir. Bu, Altsheymer xəstəliyinin gecikdirilməsində, eləcə də inkişafının zəifləməsində mühüm rol oynayır.
Beyin sağlamlığını qorumaq üçün gündəlik menyuya daxil edilməsi tövsiyə olunan qidalar hər kəs üçün əlçatandır. Rusakova onların arasında pomidor, balqabaq, manqo, qarğıdalı, zəfəran, yerkökü və kərəvizin adını çəkib.