Pensilvaniyadan olan elm adamları giləmeyvə yeməyin ölüm hallarını əhəmiyyətli dərəcədə azaltdığını göstərən araşdırma aparıblar. Foodinfo.az Mir telekanalına istinadən xəbər verir ki, onların işinin nəticələri The Journal of Nutrition jurnalında dərc olunub.

Tədqiqatçılar səkkiz il ərzində 37 232 nəfərin pəhrizini və həyat keyfiyyətini izləyiblər.

Təcrübə göstərdiyi kimi, ən faydalısı quşüzümü idi ki, onun istehlakı ölüm riskini 31 faiz azaldır. Eyni zamanda, çiyələk üçün nəticə 14 faiz, qaragilə üçün isə cəmi 21 faiz təşkil edib.

Tədqiqat müəlliflərinin vurğuladığı kimi, giləmeyvə faydalı olması üçün onu yalnız mövsümdə deyil, davamlı olaraq istehlak etmək lazımdır.