
Alma gündəlik rasionda ən çox tövsiyə olunan meyvələrdən biridir. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Svetlana Baqdanova “Sağlam Həyat” rubrikasında açıqlama verib. Onun sözlərinə görə, almanın tərkibindəki pektin maddəsi bağırsaq hərəkətlərini tənzimləyir.
Bu da qəbizlik və həzm problemlərinin qarşısını alır. Baqdanova qeyd edir ki, almanı qabığı ilə birlikdə yemək daha faydalıdır. Çünki qabıqda çoxlu lif və antioksidant toplanır. Mütəxəssis bildirir ki, alma toxluq hissi yaratmaqla artıq qida qəbulunun qarşısını alır. Bu da çəki nəzarətində olan insanlar üçün əhəmiyyətlidir.
Səhər yeməyi və ya günorta ara yeməyi olaraq alma yaxşı seçim sayılır. Lakin onu südlə birgə qəbul etmək tövsiyə edilmir, çünki bu qarışım bəzi şəxslərdə köpə səbəb ola bilər.