
Axşam yeməyinin vaxtı sağlam qidalanmada mühüm rol oynayır və bu, həm yuxu keyfiyyətinə, həm də maddələr mübadiləsinə təsir göstərir. Foodinfo.az bildirir ki, bu barədə endokrinoloq Liliya Fyodorova “Health Day” jurnalına danışıb.
Onun sözlərinə görə, ideal axşam yeməyi yuxudan təxminən üç-dörd saat əvvəl qəbul olunmalıdır. Bu zaman orqanizm qidanı tam həzm edə bilir və yuxu zamanı artıq enerji sərf olunmur. Əgər yemək yatmazdan az əvvəl qəbul edilərsə, bu, insulin səviyyəsində pozuntuya, həzm problemlərinə və kilo artımına səbəb ola bilər. Mütəxəssis vurğulayır ki, axşam saat səkkizdən sonra qida qəbul etmək tövsiyə edilmir, xüsusilə də yüksək kalorili və yağlı yeməklər.
Ən uyğun seçim yüngül, protein və tərəvəz əsaslı yeməklər sayılır. Fyodorova əlavə edir ki, axşam yeməyi zamanı çay, qəhvə və şirin desertlərdən uzaq durmaq daha doğrudur. Gec nahar vərdişi olanlarda hormonal balans pozula və yuxusuzluq halları artar. Araşdırmalar göstərir ki, axşam yeməyini erkən yeyən şəxslərdə maddələr mübadiləsi daha sürətli işləyir. Endokrinoloq qeyd edir ki, yemək vaxtı qədər porsiyanın ölçüsü də vacibdir. Nəticə etibarilə, sağlam axşam yeməyi həm yuxu, həm də bədən çəkisinin tənzimlənməsi baxımından mühüm faktordur.