İnsanların çoxu pəhriz və idmanla arıqlaya bilər. Lakin hər kəs asanlıqla arıqlaya bilmir.
Foodinfo.az-ın məlumatına görə, Birmingem Universitetinin alimləri müəyyən ediblər ki, əsas yeməkdən 30 dəqiqə əvvəl 500 ml (təxminən iki stəkan) su içmək daha sürətli arıqlamağa kömək edir.
Bir qayda olaraq, insan nə qədər çox su içsə, bir o qədər sağlam olur.
Araşdırma zamanı mütəxəssislər yeməkdən 30 dəqiqə əvvəl 500 ml su içənlərin içməyənlərə nisbətən orta hesabla 1,3 kq daha çox arıqladığını müəyyən ediblər. 12 həftə ərzində onlar 4,3 kq, su içməyənlər isə orta hesabla 0,8 kq arıqlamağı bacarıblar.