Yaşıl çay artıq çəki ilə mübarizədə kömək edə bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq İrina Pisareva danışıb.
Mütəxəssisin fikrincə, gündə 10 fincan arıqlamağa kömək edə bilər, lakin daha bir neçə qaydaya riayət etmək lazımdır.
"Əgər biz "fast food", tort, şokolad və şəkər yeyib, üzərindən yaşıl çay içsək, çəkimiz azalmayacaq, əksinə, artacaq. Ona görə də müsbət nəticə əldə etmək üçün bütün bunları rasiondan çıxarmaq vacibdir”, - deyə Pisareva bildirib.
Mütəxəssis qeyd edib ki, içkinin təsiri fərdidir, ona görə də onu rasiona ehtiyatla daxil etmək lazımdır.
Yaşıl çayı yeməkdən yarım saat əvvəl içmək daha yaxşıdır. Lakin idman məşqlərini unutmaq da olmaz, çünki onlarsız yaxşı nəticə gözləməyin mənası yoxdur.