Qış aylarında qrip infeksiyalarından qorunmaq üçün immunitet sistemini güclü saxlamaq son dərəcə əhəmiyyətlidir. İstehlak edilən qidalarla yanaşı içilən çaylara da diqqət etmək lazımdır.
Foodinfo.az xəbər verir ki, sarımsaqlı çay immunitet sistemini gücləndirən, insanı infeksiyadan qoruyan möcüzəvi çaylardan biridir. Güclü antibakterial, antifungal və antiviral xüsusiyyətləri sayəsində sarımsaq çayı həm immunitet sistemini, həm də bədəni infeksiyalara qarşı qoruyur.
Xolesterol səviyyəsini aşağı salan və ürək sağlamlığını qoruyan sarımsaq həm də təzyiqi aşağı salmağa kömək edir.