Süd və süd məhsullarının düzgün istehlak olunması bir sıra xroniki xəstəliklərin qarşısını alır, uşaqların sümüklərini möhkəmləndirir, yaşlılarda isə əzələlərin yumşalmamasına kömək edir.
İspaniyanın Qranada Universitetinin mütəxəssisləri bu qənaətə gəlib.
Qeyd olunur ki, südün tərkibində zülallar, kalsium, maqnium, fosfor, kalium, sink, selen, A vitamini, riboflavin, B12 vitamini var.
Qida rasionuna süd məhsullarının əlavə olunması bağırsaq və sidik kisəsi xərçənginə tutulmaq riskini azaldır. Bundan başqa, süd məhsullarının ikinci tip diabetin inkişaf riskini azaltdığı ehtimal olunur. (trend)