Vaxtaşırı diqqət yayınması yaşamaq insan üçün çətinliklər yaradır. Diqqət dağınıqlığından qurtulmağa və zehni performansı artırmağa kömək edən bəzi məqamlar var.

 Foodinfo.az diqqət dağılmasının qarşısını almağa kömək edəcək qidaları təqdim edir:

BALIQ 

Omeqa-3 yağ turşuları olan balıq zehni aydınlığı yaxşılaşdırır. Somon, sardina və tuna kimi yağlı balıqlara üstünlük verilməlidir. 

YULAF ƏZMƏSİ

Yüksək lif tərkibi ilə yavaş həzm olunur və enerji səviyyəsini tarazlaşdırır. Bu, diqqətin yayındırılmasının azaldılmasında rol oynayır.

YAŞIL ÇAY

Yaşıl çay tərkibindəki L-theanine sayəsində konsentrasiyanı və zehni oyanıqlığı artırır.

KOFEİN 

Kofein qısa müddətdə diqqəti yaxşılaşdıra bilər, lakin həddindən artıq istehlak yuxusuzluğa səbəb olur. Ölçülü şəkildə istehlak edilməsinə diqqət yetirilməlidir. 

MEYVƏ-TƏRƏVƏZ 

Rəngarəng meyvə və tərəvəzlər antioksidantlarla doludur və beyin sağlamlığını dəstəkləyirlər. 

SU

Dehidrasiya diqqət çatışmazlığına səbəb ola bilər. Kifayət qədər su içmək zehni aydınlığı və enerjini artırır. 

ZÜLAL QAYNAQLARI

Yumurta, toyuq, balıq və paxlalılar kimi zülal mənbələri konsentrasiyanı yaxşılaşdıra və toxluq hissini uzada bilir. 

B VİTAMİNİ 

B vitaminləri enerji istehsalına kömək edir və zehni oyanıqlığı artırır. Yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, paxlalılar və tam taxıllar B vitaminləri ilə zəngindir.

Diqqət dağınıqlığından xilas olmaq üçün qidalanmadan başqa başqa vacib məqamlar da var. Uzun iş saatları olan şəxslərə fasilələrlə işləmək tövsiyə olunur. Uzun iş saatları arasında qısa fasilələr vermək zehni rahatlandırır.

Yüngül gəzinti və ya dərin nəfəs enerjini bərpa etməyə kömək edir. Meditasiya, yoqa və əzələ nəfəs məşqləri zehni diqqəti artırır və stressdən azad xilas edir. Xüsusilə dərindən nəfəs almaq insanın sakitləşməsinə və diqqətinin cəmlənməsinə kömək edir.