
Düyü dünyanın ən çox istehlak edilən dənli bitkilərindən biridir. Xüsusilə düyü sıyığı həm böyüklər, həm də uşaqlar tərəfindən sevilir. Foodinfo.az bildirir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, düyünün həddindən artıq istehlakı sağlamlıq üçün risk yarada bilər.
Ağ düyü yüksək glisemik indeksə malikdir və onu qəbul etdikdən sonra qan şəkəri sürətlə yüksəlir. Bu isə 2-ci tip şəkərli diabet, piylənmə və ürək-damar xəstəlikləri riskini artıra bilər. Bundan əlavə, düyünün tərkibində az miqdarda olsa da, orqanizmdə yığıla bilən və uzunmüddətli istehlak zamanı sağlamlığa mənfi təsir göstərə bilən arsen maddəsi var. Riskləri azaltmaq üçün qəhvəyi düyüyə üstünlük verin. Daha aşağı glisemik indeksə malikdir və daha çox qida maddəsi ehtiva edir.