Tərəvəz və meyvələr hər bir insanın gündəlik rasionunda olmalıdır. Bu faktı hamı bilir. Amma hamı bilmir ki, faydalılıq baxımından ən sağlam olanı kələmdir. Foodinfo.az bildirir ki, bunu həkim Aleksandr Myasnikov deyib.

"Rusiya 1" kanalında "Ən vacib şeylər haqqında" verilişinin efirində mütəxəssis bildirib ki, kələmin faydalı maddələr, vitaminlər və mikroelementlər var ki, bu da xərçəngin inkişaf riskini azaldır.

“Onların içərisində ən yaxşısı brokolidir. Təkcə xərçəngdən deyil, ürək xəstəliyindən də qoruyur. Brokoli antioksidant, antitümör, ödqovucu və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Odur ki, həftədə 3-4 dəfə brokoli yeyirsinizsə, ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azalda bilərsiniz” – deyə həkim əlavə edib.