Assuriyalıların soğana olan bağlılığı, bildiyimiz kimi, bu gün də yemək bişirən insanların əksəriyyəti tərəfindən qorunur. Soğan dünyanın hər yerində tapıla bilən bir qidadır. Soğan istehsalı və istehlakında lider ölkələr Çin və Hindistandır. Bu iki ölkə dünyada hər il istehsal edilən 70 milyon tondan çox soğanın təxminən 45 faizini yetişdirir. Amma əslində adambaşına yeyilən soğanın miqdarını nəzərə alsaq, Çin və Hindistan birinci yerdə deyil.

Foodinfo.az xəbər verir ki, soğan qədim zamanlardan müalicəvi məqsədlə, xüsusilə baş ağrılarının, ürək xəstəliklərinin və ağız yaralarının müalicəsində istifadə edilmişdir. Vitaminlər, minerallar və lif baxımından zəngin olması ilə yanaşı kalorisi az olan soğan tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirərək mikroblarla mübarizə aparır.

O, həmçinin kollagen istehsalına, hüceyrələrin bərpasına və dəmirin udulmasına kömək edir. Xüsusən də yay aylarında pomidor, xiyar, bibər, cəfəri, nanə və soğanla hazırlanan salatlarla həm immun sistemi gücləndirilə, həm də çəki nəzarəti təmin edilə bilər.

Tərkibindəki C vitamini sayəsində təkcə immunitet sistemini gücləndirmir, həm də hüceyrələri sərbəst radikallar olaraq bilinən molekulların yaratdığı zərərlərdən qoruyur.

B9 və B6 vitaminləri də daxil olmaqla B vitaminləri ilə zəngin olan soğan maddələr mübadiləsinin tənzimlənməsi, qırmızı qan hüceyrələrinin istehsalı və sinir sistemi üçün də vacibdir. 

Soğan tərkibindəki antioksidantlar və bədəndəki iltihabla mübarizə aparan birləşmələr sayəsində trigliserid səviyyəsini azaldır və xolesterini tənzimləyir. Beləliklə, ürək xəstəlikləri riskini azaldır. 

Tərkibindəki komponentlər sayəsində yüksək təzyiqi tarazlayaraq bu kimi xəstəliklərin də qarşısını alır. 

Sidikqovucu soğanın bədəndən toksinləri çıxarmağa və qanı təmizləməyə kömək etdiyi də məlumdur. 

Araşdırmalar göstərir ki, soğan koronar damarları genişləndirir və ürəyi gücləndirir.

Antioksidantlar xərçəng, diabet və ürək xəstəlikləri kimi hüceyrələrə zərər verən xəstəliklərin qarşısını almağa kömək edən bir birləşmədir. Antioksidantlarla çox zəngin olan bu tərəvəzin tərkibində 25 müxtəlif növ flavonoid və antioksidant var.

 Ürək xəstəlikləri, xərçəng və şəkər xəstəliyinə qarşı qoruyucu təsiri olan antosiyaninlər xüsusilə qırmızı soğanda çox olur. Araşdırmalar göstərir ki, qida rasionunda soğan və sarımsaq istehlak edən insanlar yumurtalıq, bağırsaq və qırtlaq kimi bəzi xərçəng növlərindən daha az əziyyət çəkirlər.  

Tərkibindəki sulfosid və allisin sayəsində təbii antibiotik kimi fəaliyyət göstərir. Soyuqdəymə və boğaz ağrılarının qarşısını almaqla yanaşı, bədəndəki infeksiyalara və mikroblara qarşı döyüşçü kimi mübarizə aparır.