Qida və sağlamlıq arasında əlaqə üzrə ixtisaslaşmış həkim Uilyam Li artıq yağlarla mübarizə üçün qeyri-ənənəvi həll təklif edib. Foodinfo.az bildirir ki, o günə tünd şokolad və kofenin kombinasiyası ilə başlamağı təklif edib.

Mütəxəssisin fikrincə, belə səhər yeməyi orqanizmdə zərərli piylərin yandırılması proseslərini işə sala bilər.

Mütəxəssis şokolad növünün düzgün seçilməsinin vacibliyini vurğulayı. Tərkibində ən azı 80% kakao olan məhsula üstünlük vermək lazım olduğunu deyib.

“Qəhvə və tünd şokoladın tərkibində zərərli piyi yandırmağa kömək edən qəhvəyi yağı aktivləşdirən polifenollar var”-  deyə mütəxəssis izah edib.