Dietoloq, tibb elmləri doktoru, professor Antonina Starodubova gündəlik pəhrizin balansı haqqında danışıb.
Fooinfo.az xəbər verir ki, ekspert aif.ru- ya müsahibəsində bildirib ki, əsas yerdə karbohidratlar olmalıdır (60%). Ancaq sadə (un və şirin) deyil, mürəkkəb olanlar, yəni tərəvəz, meyvə, giləmeyvə, göyərti, tam taxıl məhsulları, paxlalı bitkilər bura daxildir. Mütəxəssisin sözlərinə görə, zülallar orqanizmin hüceyrə və toxumalarının yenilənməsində və immunitetin formalaşmasında iştirak edir. Yağlar ümumi kalori qəbulunun təxminən 30%-ni təşkil etməlidir. Omeqa-3 mənbəyi olan yağlı balıq ürək-damar sağlamlığını qorumaq üçün ən azı bir dəfə yeyilməlidir.