
Bədənin əsas ehtiyaclarından biri olan dəmir, immunitet sistemindən enerji istehsalına qədər bir çox həyati funksiyada rol oynayır.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər dəmir çatışmazlığının xüsusilə qadınlarda, uşaqlarda və vegeterianlarda rast gəlindiyini qeyd edərək, dəmirlə zəngin qidaların qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayırlar.
Qırmızı ət, toyuq, balıq və yumurta kimi heyvan qaynaqları bədən tərəfindən asanlıqla əmilən heme dəmirlə ən zəngin qidalar arasındadır. Xüsusilə mal əti qaraciyəri, quzu qaraciyəri və sakatat məhsulları dəmir mənbəyi kimi seçilir.
Dəmir ehtiyacınızı bitki mənşəli qidalarla qarşılamaq da mümkündür. İspanaq, mərcimək, lobya və noxud kimi paxlalılar; yulaf, bulqur və quinoa kimi tam taxıllar; quru ərik və kişmiş kimi meyvələr; badam, anakardiya və balqabaq tumları kimi çərəzlərin hamısı dəmirlə zəngindir.
Mütəxəssislər bitki mənşəli dəmirin udulmasını artırmaq üçün C vitamini ilə zəngin qidalarla birlikdə istifadə etməyi məsləhət görürlər. Limon, portağal, pomidor və bibər kimi meyvə və tərəvəzlər dəmirin udulmasını əhəmiyyətli dərəcədə artıra bilər.
Bununla belə, çay və qəhvə istehlakı ilə bağlı xəbərdarlıq da edirlər. Yemək zamanı və ya yeməkdən dərhal sonra çay və ya qəhvə içmək dəmirin udulmasını maneə törədə bilər. Eynilə, kalsium əlavələri dəmir qəbuluna mənfi təsir göstərə bilər.
Dəmir çatışmazlığı ilə mübarizə aparmaq və enerjili bir həyat sürmək üçün balanslaşdırılmış və şüurlu bir pəhriz vacibdir.